İngiltərə millisinin sabiq baş məşqçisi Sven-Yoran Eriksson xərçəng xəstəliyinə tutulub.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 75 yaşlı mütəxəssisin özü məlumat verib.
İsveçli çalışdırıcı vəziyyətinin kritik olduğunu bildirib: “Ən yaxşı halda bir il, ən pis halda isə daha az ömrüm qalıb. Amma söz verirəm ki, bu xəstəliklə bacardığım qədər mübarizə aparacağam”.
Qeyd edək ki, Sven-Yoran Eriksson 2001-2006-cı illərdə İngiltərə yığmasına başçılıq edib. O, həmçinin İtaliyanın “Roma”, “Sampdoriya”, Portuqaliyanın “Benfika” klublarını çalışdırıb.