Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi "Pəncə-Kilid" əməliyyatı bölgəsində Türkiyə bazasına edilən terror hücumunda şəhid olan hərbçilərlə bağlı başsağlığı verib.
"Unikal" xəbər verir ki, bu barədə nazirliyin "X" sosial hesabındakı paylaşımında qeyd olunub.
Paylaşımda deyilir: "Pençe-Kilit antiterror əməliyyatı bölgəsində Türkiyə hərbi qulluqçularının şəhid olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, qardaş Türkiyəyə və şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı veririk".
Qeyd edək ki, sözügedən hadisə ilə bağlı Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov da Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı ünvanlayıb.
Başsağlığıda deyilir: "Cari ilin 12 yanvar tarixində, terror təşkilatı üzvlərinin "Pəncə-Kilid" əməliyyatı bölgəsində xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi. Sizin acınız bizim də acımızdır. Biz terrorun bütün növ təzahürlərini qətiyyətlə qınayırıq. Terrora qarşı aparılan kəskin mübarizədə daim qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və dəstəkləyirik".
Qeyd edək ki, yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı 9 hərbçi şəhid olub.
Pençe-Kilit antiterror əməliyyatı bölgəsində #Türkiyə hərbi qulluqçularının şəhid olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) January 13, 2024
Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, qardaş Türkiyəyə və şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı veririk.