Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynla görüşüb.
"Unikal" xəbər verir ki barədə Armen Qriqoryan sosial şəbəkə hesabında paylaşım edib.
"Yanvarın 14-də Milli Təhlükəsizlik Müşavirlərinin Davosda keçirilən 4-cü iclası çərçivəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynla ikitərəfli görüşüm oldu. Biz Ermənistan-ABŞ ikitərəfli münasibətlərini və bu münasibətlərin gündəliyinin daha da inkişaf etdirilməsi məsələlərini müzakirə etdik.
Biz həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı fikir mübadiləsi apardıq", - o, paylaşımda qeyd edib.