“Sevilya” “Mançester Yunayted”in futbolçusu Hannibal Mejbrini icarəyə götürüb.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi bu mövsümün sonuna kimi icarə əsasında La Liqa təmsilçisində çıxış edəcək.
“Sevilya”nın yayda onu birdəfəlik almaq hüququ var. Bunun üçün klub bonuslar da daxil olmaqla, 20 milyon avro ödəməlidir.
Hannibal 2019-cu ilin yayında “Monako”dan 10 milyon avroya “Mançester Yunayted”ə transfer olunub. O, indiyə kimi “qırmızı şeytanlar”ın əsas heyətində bütün yarışlarda 13 oyuna çıxıb və 1 qol vurub.