Rusiya Dövlət Duması Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinin monitorinqində iştirak etmək üçün nümayəndə heyəti göndərəcək.
"Unikal" xəbər verir ki, bunu TASS-a Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin başçısı Leonid Kalaşnikov deyib.
“Artıq nümayəndə heyətinin göndərilməsi təsdiqlənib”, - o bildirib.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək.