Polşanın Azərbaycandakı səfiri Rafal Poborski Şəhidlər xiyabanını ziyarət edib, burada 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edib.
"Unikal" xəbər verir ki, bu barədə Polşa səfirliyinin "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edilib.
“Qarşıdan gələn Ümumxalq Hüzn Günü - 20 Yanvar ilə əlaqədar Polşanın Azərbaycandakı səfiri Rafal Poborski Bakıdakı Şəhidlər xiyabanında şəhidlərin xatirəsini ehtiramla yad edib, ölkəsinin adından gül dəstələri düzüb”, - paylaşımda iştirak edib.
In connection with the National Mourning Day - Martyrs' Day in Azerbaijan-which falls on January 20, the Ambassador of the Republic of Poland in Azerbaijan Rafał Poborski, paid tribute to those buried in Alley of Martyrs in Baku, laying flowers on behalf of the Polish authorities pic.twitter.com/iBpPWZpsy9
— PLinAzerbaijan (@PLinAzerbaijan) January 19, 2024