Ankaradan qərar olmadığı üçün Türkiyə-Ermənistan sərhədi hələ də açılmır.
"Unikal" erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2023-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.
2023-cü ilin oktyabrında Ermənistan və Türkiyə xarici işlər nazirlərinin görüşündə Marqara keçid məntəqəsinin açılması və sərhəddəki Ani körpüsünün bərpası ilə bağlı razılaşmalar təsdiqlənib.
“Amma gördüyünüz kimi, hələ də bu istiqamətdə ciddi addımlar, yekun nəticə yoxdur, yəni sərhəd konkret qrup şəxslərə (üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslərə - red.) açıq deyil", - deyə erməni nazir bildirib.
Onun sözlərinə görə, hər iki tərəf artıq infrastrukturun, yolların, körpünün vəziyyətini öyrənib.
Nuranə Abbasova