Kipr Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına töhfə verməyə hazırdır.
"Unikal" xəbər verir ki, bunu Kipr Respublikasının Prezidenti Nikos Xristodoulidis Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında deyib.
“Biz bu regionda sabit sülhün əldə olunmasına töhfə verməyə hazırıq. Bu yolda atılan hər bir müsbət addım dəstəklənməlidir.
Baş verənlər onu göstərir ki, siyasi çətinlikləri yüngül qəbul etmək olmaz”, - Kristodoulidis vurğulayıb.