Qərb Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasında Rusiyanın rolunun yanlış olduğu qənaətinə gəlib və onları Brüsseldə, Parisdə və Vaşinqtonda “şirnikləndirməyə” çalışır.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının tədbirlərində iştirakdan sonra keçirilən mətbuat konfransında deyib.
“Şəxsən Prezident Vladimir Putin 2020-ci ilin noyabrında bir neçə üçtərəfli sənədlərin razılaşdırılmasında həlledici rol oynayıb. Sərhədin delimitasiyası, ticarət və nəqliyyat yollarının açılması və sülh müqaviləsinin imzalanması da daxil olmaqla nizamlanmanın əsas parametrləri də bura daxildir. Bu yaxınlarda biz gördük ki, bu razılaşmalar əldə edildikdən sonra qərbli həmkarlar Rusiyanın bu istiqamətdə irəliləyişə nail olmağının nədənsə yanlış olduğuna qərar verdilər, erməniləri və azərbaycanlıları Brüsselə, sonra Parisə, sonra Vaşinqtona, sonra Praqaya dəvət etməyə başladılar" - deyə Lavrov əlavə edib.
Nuranə Abbasova