AŞPA Azərbaycanın qurumdakı nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etməyib və Azərbaycan nümayəndə heyətini bir il müddətinə səsvermə hüququndan məhrum edən qətnaməni təsdiqləyib.
"Unikal" xəbər verir ki, 76 deputat bu qərarın “lehinə”, 10-u əleyhinə səs verib.Lakin Azərbaycan nümayəndə heyəti hələ səsvermədən əvvəl təşkilatı tərk edib.
Nümayəndə heyəti AŞPA-da formalaşan dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti qarşısında Azərbaycan nümayəndə heyəti AŞPA-da qarşılıqlı fəaliyyətini və mövcudluğunu dayandırmaq qərarına gəlib.