“AŞPA-nın Azərbaycana münasibəti bizi kədərləndirir”.
“Unikal” xəbər verir ki, bunu Ukrayna Parlamentinin Avropa Şurası Parlament Assambleyası (AŞPA) yanında nümayəndə heyətinin üzvü, ukraynalı deputat Oleksiy Qonçarenko qış sessiyası zamanı çıxışında bildirib.
“Bu qurum tərkibində Azərbaycana qarşı çox sərt davranılır. Bunun səbəbi nədir? Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. O vaxtdan Azərbaycanda vəziyyət heç də pisləşməyib. Dəyişən yalnız Azərbaycanın qanuni sərhədlərini bərpa etməsi olub”, - O.Qonçarenko deyib.
Ukraynalı deputat qeyd edib ki, bu gün Azərbaycan Ermənistan ilə sülh müqaviləsinin imzalanması üçün əlindən gələni edir:
“Azərbaycan Ermənistan ilə sülh yaratmağa çalışır. Bu sülhü hamımız istəyirik, çünki hamıya lazımdır. Gəlin bu sülh naminə hamımız birləşək”.