“Türkiyə dost və qardaş ölkələrin ərazi bütövlüyünü dəstəkləyir”.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasının nəticələrinə dair açıqlamada bildirilib.
Qeyd edilib ki, cari məsələlərin həlli istiqamətində müvafiq tərəflərlə təmaslar davam etdiriləcək.
Milli Təhlükəsizlik Şurasının üç saat 45 dəqiqə keçən iclasında terrorla mübarizənin əsas istiqamətləri vurğulanıb.
“Məkanından asılı olmayaraq bütün terror təşkilatlarını hədəf almağa davam edəcəyik”, - deyə açıqlamada bildirilib.
Bununla yanaşı, iclasda Rusiya-Ukrayna müharibəsinin qlobal və regional riskləri nəzərə alınaraq dərhal atəşkəs və daimi sülhlə başa çatdırılmasının vacibliyinə diqqət yetirilib.