Azərbaycanın İrandakı səfirliyinə hücum edən Yasin Hüzeynzadənin işi üzrə hökm yaxın vaxtlarda dərc olunacaq.
"Unikal" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani bildirib.
O xatırladıb ki, hücumu həyata keçirən şəxsin məhkəməsi ötən şənbə günü keçirilib: "Bir daha Azərbaycanın İrandakı səfirliyinin vəfat etmiş əməkdaşının ailəsinə başsağlığı verirəm. İranın məhkəmə orqanları ittihama qanun çərçivəsində baxılacağına əmin ediblər. İstintaq prosesi iki ölkənin ədliyyə orqanlarının əməkdaşlığı ilə yekunlaşıb. Hakimin sözlərinə görə, hökm tezliklə dərc olunacaq.
Bu hadisə iki ölkə arasındakı münasibətlər baxımından uğursuz olsa da, hakimiyyət onun ikitərəfli münasibətlərə təsirini minimuma endirmək üçün səylərini əsirgəməyib. İki ölkənin yol xəritəsinə əsasən, ötən il ərzində biz müxtəlif sahələrdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin şahidi olduq.
Ümid edirik ki, Azərbaycan səfirliyinin fəaliyyəti tezliklə bərpa olunacaq".
Ağarza Elçinoğlu