Domen Koordinasiya Mərkəzi Rusiyada internetin kəsilməsinə səbəb olan problemin həll edildiyini açıqlayıb.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, .ru zonasında saytların əlçatmazlığına səbəb olan qlobal DNSSEC infrastrukturu ilə bağlı texniki problem aradan qaldırılıb.

"DNS ilə bağlı problemlər yenilənmiş məlumatlar bütün domen adları sistemi üzrə paylanana qədər bir müddət davam edə bilər”, - Koordinasiya Mərkəzinin mətbuat xidmətindən bildirilib.

*** 22:26

Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi yaxın vaxtlarda Rusiyanın domen zonasındakı saytlara girişin bərpa olunacağını bildirib.

"Unikal" xəbər verir ki, nazirlik öz Teleqram kanalında qeyd edib ki, Milli Domen Adları Sisteminin müştəriləri üçün problem artıq həll olunub.

Problem, .RU/.РФ domenləri üçün qlobal DNSSEC infrastrukturu ilə bağlı yaranıb.

*** 21:26

Rusiyada internet şəbəkəsinin və "Ru" domeninin işində nasazlıqlar yaranıb. 

"Unikal" xəbər verir ki, bu barədə "Downradar" xidməti məlumat yayıb. 

Bildirilir ki, bəzi saytlara girişdə də problem yaranıb. 

Ən çox şikayətlər Moskva, Sankt-Peterburq, Çelyabinsk və Saratovdan edilib. .

İstifadəçilərin 31%-i proqramdakı nasazlıqdan, 31%-i ümumi nasazlıqdan, 20% isə vebsaytların işləməməsindən şikayətlənib.