Rusiyada 18 yaşlı MMA döyüşçüsü Kirovda keçirilən turnirdə həyatını itirib.
"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, qarışıq döyüş növləri üzrə turnirin 18 yaşlı iştirakçısı sparrinq zamanı ciddi xəsarət alıb.
Gənc huşunu itirib və daha sonra təcili yardım maşınında xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisədən sonra Kirov vilayətinin İdman Nazirliyinin bəyanatı yayıb. Bildirilir ki, turnirdə bütün döyüşçülər idman növünə uyğun avadanlıqla mübarizə aparıb. Yarışdan əvvəl onların səhhəti qənaətbəxş olub.
Gülayə Mecid