Yanvarın 31-də Azərbaycan ilə Ermənistan arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın altıncı görüşü keçirilib.
"Unikal" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
*** 18:22
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib.
"Unikal" xəbər verir ki, görüş Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın başçılıq etdiyi nümayəndə heyətləri arasında Qazaxda baş tutub.
Xatırladaq ki, son görüş 2023-cü ilin noyabrın 30-da sərhəddə baş tutmuşdu.
*** 13:49
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası başlayıb.
"Unikal" xəbər verir ki, Ermənistan-Azərbaycan sərhədində keçirilir.
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan sərhədlərin delimitasiyasını müzakirə edir.
Görüşdə Ermənistan 3 rayonun mina xəritələrinin Azərbaycana təhvil verilməsi planlaşdırılıb.
Xatırladaq ki, son görüş 2023-cü ilin noyabrın 30-da sərhəddə baş tutmuşdu.