Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası və delimitasiyası üzrə iki ölkənin komissiyalarının iclasında minalanmış ərazi xəritələrinin Azərbaycan tərəfinə verilməsi məsələsi müzakirə olunmayıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisi açıqlayıb.
"Belə bir məsələ gündəliyə daxil edilməyib, ona görə də belə bir müzakirə baş tutmayıb", - ofisdən bildirilib.
Xatırladaq ki, bir qədər əvvəl Ermənistan tərəfinin komissiyaların iclasına daha 3 rayonun minalanmış sahələrinin xəritələrini Azərbaycana təqdim edəcəyi barədə məlumat yayılmışdı.
Ağarza Elçinoğlu