“Atletiko Madrid” rəsmi saytında müdafiəçi Qabriel Paulista ilə müqavilə imzaladığını açıqlayıb.

"Unikal" xəbər verir ki, braziliyalı 2017-ci ildən “Valensiya”da oynayır. Bu gün 33 yaşlı oyunçu müqaviləsini ləğv edərək azad agent kimi “Atletiko”ya keçib. Paulistanın “Madrid” klubu ilə müqaviləsi cari mövsümün sonuna kimidir.

Karyerası ərzində müdafiəçi “Vilyarreal”, Londonun “Arsenal” və Braziliyanın “Vitoriya” klublarında çıxış edib.