Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev xuliqanlıq hərəkətlərinə görə məsuliyyətə cəlb edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
"Unikal"ın məlumatına görə, o, bu barədə Baku TV-yə danışıb.
Tanınmış idmançı məsələyə belə münasibət bildirib:
“Yayılan xəbərlər boş-boş şeylərdir. Ölkənin bayrağını ucaldan, müharibədə can qoyan idmançılara hörmət eləsinlər, biz bu millət üçün canımızdan, qanımızdan keçmişik. Bunlar deyəsən, bizi ləkələmək istəyirlər”.
Qeyd edək ki, T.Musayev barəsində həbs növü olmayan digər qətimkan tədbiri seçilib.