Goranboyda yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax yolunun Goranboyun Borsunlu kəndi yaxınlığından keçən hissəsində baş verib.

İki avtomobilin toqquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan 2001-ci il təvəllüdlü Ağstafa rayon sakini Bayramova Gülçin Vüqar qızı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov