"Bizi sanksiya ilə hədələyirlər. Bu sanksiyalardan qorxmaq lazım deyil".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.
Deputat bildirib ki, Fransa Prezidenti Emmanuel Makron Azərbaycana gəlib görsün ki, ermənilər burada nələr törədib.
“Əslində sanksiyaların tətbiqi həmin ölkələrin inkişafı deməkdir. Çünki insanlar daha ağıllı düşünməyə məcbur olurlar. Misal olaraq, İrana 40 ildir sanksiya tətbiq edilir, halbuki ən uzaq vuran ballistik raketləri istehsal edir. Ona görə də sanksiya ilə bizi qorxutmaq lazım deyil. “İt hürər, karvan keçər” misalını unutmayaq. Qoy hürsünlər".
Anar Kəlbiyev