"Türkiyədə 800, bizdə isə 1600 bələdiyyə fəlaiyyət göstərir. Bələdiyyələrin sayları çoxdur, azaldılmalıdır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.
O təklif edib ki, bələdiyyə sədrləri üzvlər tərəfindən deyil, seçicilər tərəfindən seçilsin: "Bələdiyyə sədrlərinin də xalq tərəfindən seçilməsinin Məcəllədə əksini tapmasını istəyirik. Digər məsələ odur ki, namizəd olmaq üçün tələb olunan sənədlər çoxdur. Prezidentliyə namizədlə bələdiyyə üzvünə namizədlər təxminən eyni sənədlər təqdim etməli olur. Bu cür sənədlərin yığılması çətinlik yaradır. Seçki Məcəlləsinə baxılmalıdır. Növbəti seçkilərdə azad edilmiş ərazilərimizdə də biz bələdiyyələri formalaşdıracağıq".
Anar Kəlbiyev