Daxili İşlər Nazirliyi ilə Penitensiar xidmət birgə əməliyyat keçirib.
Penitensiar Xidmətdən "Unikal"a verilən xəbərə görə, yanvarın 31-də Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Zahid Balakərim oğlu Cəbrayılova məxsus bir ədəd “Karabin” markalı odlu silah və 2 ədəd güllə Binəqədi rayonu 7-ci mikrorayon ərazisində aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.