Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş Yasin Hüseynzadə barəsində edam hökmü çıxarılıb.
"Unikal" xəbər verir ki, bu barədə İran Ədliyyə Nazirliyinin saytında məlumat yayılıb.
Qeyd edək ki, ötən il yanvarın 27-də İran vətəndaşı Yasin Hüseynzadə Azərbaycanın Tehrandakı Səfirliyində terror aktı törədib. Hadisə nəticəsində mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki nəfər isə yaralanıb.