Hesab edirəm ki, seçkilər çox yüksək səviyyədə keçirilib.
"Unikal" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 7 fevral növbədənkənar Prezident seçkilərinin yekunlarına həsr olunan brifinqdə açıqlayıb.
Onun sözlərinə görə, Azərbaycan xalqı öz konstitusyon hüquqlarını həyata keçirərək Prezidentini seçmək üçün səs verib: "Bu səsvermədə ilkin nəticələrə görə, lider namizədin böyük səs çoxluğu ilə Əliyev İlham Heydər oğlunun qalib gəldiyi hesab olunması heç bir şübhə doğurmur. Dediyim kimi, artıq məntəqələrin 6,65 faizindən nəticələr MSK-ya daxil olmalıdır. Yəqin ki, keç kimin şübhəsi yoxdur ki, altı faizdən bir az artıq məntəqələrdən MSK-ya daxil olan nəticələr bu ardıcıllığa heç bir şəkildə təsir edə bilməyəcək.
Sabah səhərdən artıq dairə seçki məntəqələrindən protokollar daxil olacaq və MSK-nın fəaliyyəti həmin protokolların araşdırılmasına yönələcək. Fevralın 9-da artıq lider olan namizədi və digər səsləri ictimaiyyətə təqdim edəcəyik.
Beləliklə, biz bu gün işimizi başa çatmış hesab edə bilərik".