Böyük Quruluş Partiyasının (BQP) başqanı, növbədənkənar prezident seçkilərində namizəd olmuş Fazil Mustafa Prezident İlham Əliyevə zəng edib.

"Unikal" xəbər verir ki, Fazil Mustafa İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

***

14:54

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, növbədənkənar prezident seçkilərində namizəd olmuş Zahid Oruc Prezident İlham Əliyevə zəng edib.

"Unikal" xəbər verir ki, Z.Oruc inamlı qələbə münasibətilə ölkə rəhbərini təbrik edib. O bildirib ki, xalqın mütəşəkkil dəstəyi ilə xarakterizə olunan seçkilər, bu mərhələdə qazanılan nəticə ölkəmizin gələcək həyatında çox mühüm rol oynayacaq.