Paşinyanla İlham Əliyev arasında planlaşdırılan görüşün tarixləri ilə bağlı heç bir aydınlıq yoxdur.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin brifinqində hakim partiyanın katibi Artur Hovhannisyan açıqlayıb.
O, həmçinin əlavə edib ki, daha dəqiq məlumat olarsa, Xarici İşlər Nazirliyi bunu açıqlayacaq.
Deputat sülh müqaviləsinin razılaşdırılmış 3 prinsipinin Azərbaycan tərəfi ilə yenidən təsdiqlənməsi məsələsinin qaldırılıb-qaldırılmaması ilə bağlı sualı belə cavablandırıb: "Bizim bəyan etdiyimiz və ermənilərin razılaşdırdığı üç prinsipin heç bir təsdiqə ehtiyacı yoxdur. Ermənistan bu məsələ ilə bağlı öz mövqeyini bildirib və müxtəlif formatlarda razılaşdırılıb".
Ağarza Elçinoğlu