ABŞ və Avropa Ukrayna münaqişəsində artıq məğlubiyyətə uğrayıb və Rusiya Krım və digər regionlar üzərində nəzarəti saxlayacaq. 

"Unikal" xəbər verir ki, bu fikri X sosial şəbəkəsində başqa bir istifadəçi, amerikalı milyarder İlon Maskın yazısına şərhində qeyd edib. Mask isə bu şərhə "Bu doğrudur. Yeganə sual budur ki, bu fakt qəbul edilməzdən əvvəl daha neçə uşaq öləcək" cavabını verib. 

Mask, həmçinin, hesab edir ki, Qərb Kiyevi maliyyələşdirməyə davam etsə belə, Krım və Donbass Rusiyanın olaraq qalacaq.