Xankəndi Şəhər Polis Şöbəsinə polis rəisi təyin edilib.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Zaur Nəsirov Xankəndi şəhər Polis Şöbəsinə rəis təyin olunub.

Qeyd edək ki, Zaur Nəsirov Göygöl rayon Polis şöbəsinin rəisi olub.