44 günlük Vətən müharibəsi şəhidi Amal Alişanlının qardaşı dünyaya gəlib.

"Unikal" xəbər verir ki, Alişanlı Amal Seyfəddin oğlunun anası Alişanlı Heyranə Zəbulla qızı bu gün Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsində qeysəriyyə əməliyyatı ilə sağlam körpə dünyaya gətirib.

Qeyd edək ki, Amal Alişanlı 2020-ci ilin 2 oktyabr tarixində Cəbrayılın düşmən işğalından azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. O, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “İgidliyə görə” ,”Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şücaətə görə” medalları ilə təltif olunub.