Diaqnoz Tibb Mərkəzində son texnoloji tələblərə cavab verən, yeni avadanlıqlarla təhciz olunmuş, Oftalmologiya şöbəsi yenidən qurularaq dəyərli vətəndaşlarımıza dünya standartları səviyyəsində xidmət göstərməyə başlamışdır.
 
"Unikal" xəbər verir ki, Diaqnoz Tibb Mərkəzinin Oftalmologiya şöbəsində, ölkəmizdə az sayda olan və hatta bir çox sağlamlıq mərkəzlərində olmayan, müasir avadanlıqların imkanları sayəsində, peşəkar həkim komandasının fəaliyyətinin əhatə dairəsi genişləndiyindən, bir çox göz xəstəliklərinin və qüsurlarının aradan qaldırılması uğurla həyata keçirilməkdədir.
 
OCT - göz tomoqrafiyası görmə mərkəzi (makulanın), görmə sinirinin, gözün ön seqmentinin dəqiq diaqnostikası aparılan ən son texnologiyalı cihazdır. Bu aparat vasitəsilə qlaukomanın erkən diaqnostikası, görmə sinirinin atrofiyaları, iltihabi xəstəlikləri, buynuz qişanın müxtəlif xəstəlikləri, makulanın degenerativ, iltihabi xəstəlikləri, şəkərli diabet, hipertoniya, böyrək, ürək və nevroloji xəstəliklərin gözə verdiyi fəsadlar erkən dövrlərdə aşkar edilir.
 
Gözün ultrasəs müayinəsi (A scan və B scan) vasitəsilə gözün şüşəvari cisimdəki qansızmalar, tor qişanın qopmaları aşkar edilir. Gözün kontaktsız tonometriyası vasitəsilə gözə toxunmadan, agrısız gözdaxili təzyiq ölçülür.

Düzgün diaqnoz və keyfiyyətli müalicənin ünvanı Diaqnoz Tibb Mərkəzi!

  
Çağrı mərkəzi: 904
Mobil: +994 55 754 43 03
E-mail: [email protected]
Veb-sayt: www.diaqnoz.az

Ünvan: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 38C