Masallı rayonunda təşkil olunan "Səyyar qəbul otağı"nda cəmi 7 müraciət ünvanlanıb.

"Unikal" xəbər verir ki, müraciətlərdən 3-ü məscid, 4-ü isə məktəblə bağlı olub. Elm və din adamlarının istəkləri isə eyniyönümlü - məktəb və məscidlərin qazlaşdırılması olub. Birliyin Qazın balansı və hesabatı şöbəsinin rəis müavinin də iştirak etdiyi aksiyada ünvanlanan müraciətlərə ətraflı şəkildə izahatlar verilib. Sonda KOBİA-nın nümayəndəsi mikrofon önünə keçərək aksiyanın müsbət tərəflərindən danışıb, hər zaman sahibkarların diqqət mərkəzində olduğunu bildirib.

Lənkəran RQİİ-nin rəhbər şəxsləri bəzi müraciətlərin yerində baxılmasına qərar verərək qeydiyyat aparıblar.