"Mercedes" markalı 10-RF-010 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkdiyi üçün ərazidə xidmət aparan yol polisi əməkdaşları tərəfindən saxlanılıb".

Bunu "Unikal"a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib.

"O, "saxla" işarəsinə məhəl qoymayaraq hərəkətini davam etdirib. Görülən tədbirlər nəticəsində həmin nəqliyyat vasitəsi saxlanılaraq cərimə meydançasına yerləşdirilib. Məsələ ilə bağlı ətraflı məlumat veriləcək. Sürücünün şəxsiyyəti araşdırılır", - deyə qurum rəsmisi qeyd edib. 

*** 17:52

Paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində, Mərkəzi Bankın qarşısında bahalı avtomobilin sürücüsü Fərid Rzayev maşının şüşələrinə plyonka vurduğu üçün saxlanılıb.

"Unikal"ın məlumatına görə, "Mercedes Maybach" markalı, 10-RF-010 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edib.

Daha sonra o, cərimə meydançasına aparılıb.

Azər İsrafilov

Bakıda "Maybach" sürücüsü polisə müqavimət göstərdi, cərimə meydançasına aparıldı - FOTO