"Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmağa çalışmağa davam edəcək".
"Unikal" xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn jurnalistlərə bildirib.
Amerikalı diplomat bildirib ki, hazırkı gərginlik diplomatik səylərin artırılmasının vacibliyindən xəbər verir:
"Mən hər hansı konkret son hərəkətlər barədə spekulyasiya etmək istəmirəm, ona görə də biz tərəfləri bir araya gətirməyə çalışmaq yolunda davam edəcəyik".