"Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı növbəti Rusiya-Azərbaycan təmaslarına hazırlıq davam edir. Bu sahədə dialoqumuz müntəzəm və konstruktiv xarakter daşıyır".
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova çərşənbə günü keçirdiyi brifinqdə jurnalistlərin xahişi ilə Rusiya tərəfinin Qarabağdakı rus sülhməramlılarının gələcəyi ilə bağlı fikirlərini şərh edərkən belə deyib. .
Müzakirə olunan məsələlər arasında erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin lazımi qaydada müdafiəsi ilə Qarabağa qayıtmasının perspektivləri, birgə patrul xidmətinin təşkili, mədəni, tarixi və dini irs abidələrinin mühafizəsi də var”, - deyə rəsmi əlavə edib.
Gültəkin Ələsgər