Məşhur stilist Apollon Bayqakoff 35 yaşdan sonra geyinilməsi məsləhət görülməyən geyimləri açıqlayıb.

"Unikal" xəbər verir ki, "Marie Claire"ə danışan stilist həddən artıq təxribatçı geyimlərdən, qəhvəyi-qara kombinasiyalı geyimlərdən, cizgi filmi personajları və yazıları olan köynəklərdən, rəngli taytlardan və yazıları olan modellərdən, kəsikli köynəklərdən, rok üslublu əşyalardan, heyvan rəsmləri olan modellərdən imtina etməyə çağırıb. O hətta yırtılmış cins şalvarlar geyinməyi də məsləhət görməyib. 

“Onlar sizin üsyankar ruhunuzu vurğulayırlar, lakin yersiz görünürlər. Yırtılmış cins şalvarları və cinsləri yeniyetmələrə buraxın və özünüzə fiqurunuza uyğun klassik cins şalvar alın”, - deyə ekspert tövsiyə edib.