Türkiyədə FETÖ-yə qarşı keçirilən “Kıskaç-6” əməliyyatlarında 42 şübhəli saxlanılıb.

“Unikal” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib. Açıqlamada 14 vilayətdə FETÖ-yə qarşı eyni vaxtda həyata keçirilən “Kıskaç-6” əməliyyatlarında 42 şübhəlinin ələ keçirildiyi qeyd olunub.

Əməliyyatlar nəticəsində saxta şəxsiyyət vəsiqələri və rəqəmsal materiallar ələ keçirilib.

Zərifə Nağıyeva