Ukrayna Silahlı Qüvvələrinin Belqoroda hücumu nəticəsində yaralananların sayı 19-a çatıb. 

"Unikal" xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov açıqlayıb. 

Qeyd olunub ki, onlardan ikisinin vəziyyəti ağırdır, 8 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Xatırladaq ki, Ukrayna silahlı qüvvələri fevralın 15-də günorta saatlarında Belqorodun mülki obyektlərinə hücum edib. Son məlumatlara görə, hücum nəticəsində bir yaşlı qız da daxil olmaqla 7 nəfər həlak olub.

Ağarza Elçinoğlu