Qərb Cənubi Qafqazda vəziyyəti sarsıtmağa və Ermənistan-Azərbaycan nizamlanmasına müdaxilə etməyə çalışır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
"Biz qərblilərin Cənubi Qafqazda vəziyyəti sarsıtmaq, o cümlədən Ermənistan-Azərbaycan nizamlanmasına müdaxilə etmək istəyini də görürük ki, bu da bu regionda vəziyyətin kəskinləşməsinə gətirib çıxarıb", - Patruşev Bişkekdə Əfqanıstan məsələləri üzrə təhlükəsizlik şuraları katiblərinin görüşündə çıxışı zamanı deyib.
Ağarza Elçinoğlu


















































