Afrika ölkəsi Çad ərzaqla bağlı fövqəladə vəziyyət elan edib. 

“Unikal” xəbər verir ki, bu barədə yerli “Tchadinfos” nəşri məlumat yayıb.

"Çad hökuməti böhran və fövqəladə vəziyyətlərdə olan əhaliyə kömək etmək üçün bütün ərazidə ərzaqla bağlı fövqəladə vəziyyət elan edib", - bəyanatda deyilir.

Dövlət əhalinin ən həssas təbəqələrini qidalandırmaq üçün humanitar yardımdan istifadə edəcək. Belə ki, ərzaq yardımının göstərilməsinə nəzarət və qiymətləndirmə ilə bağlı bölmə də yaradılacaq.

Zərifə Nağıyeva