Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov AFFA İcraiyyə Komitəsindən ayrılacağını açıqlayıb.
"Unikal" xəbər verir ki, funksioner bu barədə jurnalistlərə açıqlamasında deyib.
Qurum rəhbəri AFFA-nın İcraiyyə Komitəsinin yeni heyətində yer almaq istəmədiyini bildirib: “AŞF-nin qarşısında duran mühüm işləri və istedadlı şahmatçılarımızın günü-gündən artdığını nəzərə alaraq, bütün fikrimi şahmata yönəltmək fikrindəyəm. İcraiyyə Komitəsinin heyətinin kimlərdən ibarət olacağı dəqiq deyil. Amma mən birmənalı olaraq getmək istəyirəm”.
Qeyd edək ki, AFFA-nın Hesabat-Seçki Konfransının martda keçiriləcəyi gözlənilir.