Bakı şəhərinin tarixi hissəsi olan İçərişəhərin təsviri UNESCO-nun 2024-cü il üçün Ümumdünya İrs Təqviminə daxil edilib.

"Unikal" xəbər verir ki, təqvimə daxil olan 12 abidə 168 ölkədən UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş 1157 obyekt arasından seçilib.

2024-cü il təqviminin iyun səhifəsində İçərişəhər təsvir olunub.

Təqvim geniş ictimaiyyəti UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan nadir abidələrlə tanış etmək üçün hazırlanıb.