Amerikalı jurnalist Taker Karlson bildirib ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukrayna münaqişəsi ilə bağlı mövqeyini aydınlaşdıran müsahibə üçün ondan bir milyon dollar istəyib. 

"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Karlson Consonu “ABŞ hökumətinin göstərişi ilə 2022-ci ildə Rusiya-Ukrayna sülh sazişlərini öz əlləri ilə torpeda edən adam” adlandırıb və buna görə də onu yüz minlərlə insanın ölümünə görə məsuliyyət daşıdığını ifadə edib. 

Amerikalının sözlərinə görə, o, Consona sorğu göndərib. Consonun köməkçisi əvvəlcə  müsahibədən imtina edib, lakin sonra jurnalistə maliyyə şərtləri təqdim olunub.

“O, səninlə danışacaq, amma bu, bir milyon dollara başa gələcək. O, bir milyon ABŞ dolları qızıl və ya bitkoin istəyib”, - Karlson köməkçiyə istinadən məlumat yayıb.  

Gülayə Mecid