Ermənistan və Azərbaycan baş nazir müavinləri Mher Qriqoryanla Şahin Mustafayev arasında növbəti görüşünün vaxtı hələlik müəyyən edilməyib.

"Unikal" xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib. 

Qriqoryan delimitasiya prosesinin mürəkkəb olduğunu bildirib: "Müzakirə mövzusu yalnız peşəkar topoqrafik xəritələr olmalıdır. Bir çox hallarda insanlar sxematik və metodik xəritələri topoqrafik xəritələrlə səhv salırlar".

Onun  sözlərinə görə, delimitasiya prosesi təkcə xəritələrlə işləmək deyil, həm də bu və ya digər xəritənin tərtib olunduğu hüquqi bazanın və dəstəyin müəyyənləşdirilməsidir: "Bütün nüanslar çox vacibdir və bizim işimizdə onlara diqqət yetirilməlidir". 

Ağarza Elçinoğlu