ABŞ-dəki Azərbaycan vətəndaşları yeni ümumvətəndaş pasportları ilə təmin edilib.

Bu barədə  "Unikal"a Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyidən bildirilib.

Qeyd edilib ki, Çikaqo şəhərində Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyi tərəfindən vətəndaşlarımız üçün səyyar konsulluq xidməti həyata keçirilib.

Səyyar konsulluq xidməti zamanı vətəndaşlarımız əsasən konsulluq qeydiyyatına alınaraq, yeni ümumvətəndaş pasportları ilə təmin edilib.