“Erməni xalqı 2021-ci ildə öz seçimi ilə Ermənistanı Rusiya və Belarusun İttifaq Dövlətinə daxil edilməsi üçün böyük geosiyasi planı iflasa uğradıb”.

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

O, Rusiya və KTMT-nın Ermənistana kömək etmədiyini, öz öhdəliklərindən imtina etdiyini deyib.