Kanada rusiyalı müxalif siyasətçi Aleksey Navalnının ölümünə görə Rusiyaya qarşı sanksiyaların yeni mərhələsini elan edib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, Kanadanın xarici işlər naziri Melani Joli verdiyi açıqlamada, son sanksiyaların Rusiya prokurorları, məhkəmə orqanları və islah müəssisələrinin yüksək vəzifəli məmurları və işçiləri də daxil olmaqla altı Rusiya rəsmisini hədəf alacağını söyləyib.