Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Desticinin də içində olduğu xidməti avtomobil qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, qəza Tokatın Reşadiye mahalı yaxınlığında baş verib. Nəticədə avtomobil yol kənarındakı su kanalına düşüb.

Qəzada Destici, mühafizəçisi, sürücüsü və BBP Tokat İl sədri Mustafa Ömələr yaralanıb. Yaralılar təcili yardımla Rəşadiyə Dövlət Xəstəxanasına aparılıb.

Ağarza Elçinoğlu