Rusiyada prezident seçkiləri öncəsi xarici işlər naziri Sergey Lavrovla görüşdən imtina edən Aİ səfirləri ölkədən çıxarılmalı və onların dövlətləri ilə diplomatik münasibətlərin səviyyəsi aşağı salınmalıdır.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "X" sosial şəbəkəsində yazıb:

"Bu səfirlər Rusiyadan çıxarılmalı, diplomatik münasibətlərin səviyyəsi aşağı salınmalıdır”.

O, həmçinin vurğulayıb ki, Aİ səfirlərinin Lavrovla görüşdən imtina etməsi diplomatik missiyaların mövcudluğu konsepsiyasına tamamilə ziddir.

Martın 4-də Lavrov Aİ səfirlərini seçkilərdən əvvəl görüşə dəvət edib, lakin onlar nəzərdə tutulan görüşə iki gün qalmış ondan imtina ediblər.

Gülayə Mecid