Ermənistan Rusiya Federasiyasının İrəvanın narahatlıqlarını aradan qaldırmaq üçün qurumlararası məsləhətləşmələr keçirmək təklifinə hələ də cavab verməyib.

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Əvvəllər biz təklif etmişdik ki, erməni müttəfiqləri öz narahatlıqlarını obyektiv müzakirə etmək və həll etməyə çalışmaq üçün idarələrarası məsləhətləşmələr aparsınlar. Hələlik cavab yoxdur, bəlkə sonra, bəlkə də elə indi üzə çıxacaq, onlar hələ buna cavab verməyiblər", - deyə diplomat qeyd edib. 

Ağarza Elçinoğlu